Kontentə keç

İstifadə şərtləri

İstifadə şərtləri

Sizi xoş gördük!

Bu sayt Allah, Müqəddəs Kitab və Yehovanın Şahidləri haqda öyrənmək üçün nəzərdə tutulub. İstədiyiniz materialı oxuya, baxa və yükləyə bilərsiniz. Başqalarının da bu saytdan faydalanmasını istəyirik, lakin xahiş olunur ki, bu saytın materiallarını başqa saytda və ya proqram əlavəsində dərc etməyin. Aşağıda «İstifadə şərtləri»ndə göstərildiyi qaydada bu saytdan öyrəndiklərinizi başqaları ilə paylaşa bilərsiniz.

 Müəllif hüququ

© 2024 Watch Tower Bible and Tract Society of Pennsylvania. Bütün hüquqlar qorunur.

Bu sayt Watchtower Bible and Tract Society of New York, Inc. (bundan sonra «Gözətçi Qülləsi Cəmiyyəti») cəmiyyəti tərəfindən yaradılaraq idarə olunur. Başqa cür göstərilməyibsə, saytdakı bütün mətn və digər növ məlumatlar Watch Tower Bible and Tract Society of Pennsylvania cəmiyyətinin intellektual mülkiyyətindədir.

 Ticarət nişanları

Adobe, Adobe loqotipi, Acrobat və Acrobat loqotipi Adobe Systems Incorporated şirkətinin ticarət nişanlarıdır. Apple, iTunes və iPod Apple Inc. şirkətinə məxsus ticarət nişanlarıdır. Microsoft, Microsoft loqotipi, habelə Microsoft şirkətinin istənilən məhsulları və proqram təminatı, Microsoft Office və Microsoft Office 365 Microsoft Inc. şirkətinin ticarət nişanlarıdır. Bütün digər ticarət nişanları və qeydiyyata alınmış ticarət nişanları müvafiq mülkiyyətdədir.

 «İstifadə şərtləri» və saytdan istifadə hüququ

Hazırkı «İstifadə şərtləri» ilə bu saytın istifadə qaydaları müəyyən edilir. Saytdan istifadə etməklə onun «İstifadə şərtləri»ni, habelə istənilən «Əlavə istifadə şərtlərini» (bundan sonra hər ikisi ümumilikdə «İstifadə şərtləri») tam olaraq qəbul etdiyinizi təsdiq etmiş olursunuz. Əgər «İstifadə şərtləri», habelə onun hər hansı bir müddəası ilə razı deyilsinizsə, onda bu saytdan istifadə etməyin.

Düzgün istifadə dedikdə nə nəzərdə tutulur? Aşağıda gətirilən məhdudiyyətlər nəzərə alınmaq şərtilə, sizə aşağıdakılar icazə verilir:

  • Gözətçi Qülləsi cəmiyyətinin intellektual mülkiyyəti hesab olunan şəkilləri, elektron nəşrləri, musiqini, mətnləri, video-faylları şəxsi və qeyri-kommersiya məqsədləri üçün baxa, yükləyə və çap edə bilərsiniz;

  • saytdakı yüklənəbilən nəşrlərinin, videolarının və ya audio-fayllarının elektron surətləri və linkləri (URL-ünvan) ilə başqaları ilə paylaşa bilərsiniz.

Amma sizə aşağıdakılar icazə verilmir:

  • bu saytın şəkillərini, elektron nəşrlərini, ticarət nişanlarını, musiqisini, fotoşəkillərini, videolarını və ya məqalələrini İnternetdə (istənilən saytda: torrent, fayl-paylaşma və ya sosial şəbəkə saytlarında) yerləşdirilmək;

  • bu saytın şəkillərini, elektron nəşrlərini, ticarət nişanlarını, musiqisini, fotoşəkillərini, mətnlərini və ya videolarını hər hansı proqram təminatı ilə birgə və ya onun tərkib hissəsi kimi dərc etmək (proqram təminatında istifadəsi üçün belə materialların serverdə yerləşdirilməsi də daxil olmaqla);

  • kommersiya məqsədilə və ya pulun müqabilində (qazanc məqsədi güdülməsə də) saytın şəkillərinin, elektron nəşrlərinin, ticarət nişanlarının, musiqisinin, fotoşəkillərinin, mətnlərinin və ya videolarının reprosurətini, surətini hazırlanmaq, yaymaq və ya hər hansı üsulla istifadə etmək;

  • kütləvi yayım məqsədilə istənilən proqram əlavəsini, vasitələrini, habelə texniki üsullarını yaradıb onların vasitəsilə bu saytın məlumatlarını, HTML kodunu, şəkillərini və ya mətnlərini toplamaq, köçürümək, yükləmək, çıxarmaq və ya analiz etmək (bununla belə bu saytın açıq bölməsindən EPUB, PDF, MP3 və MP4 kimi fayllarının yüklənməsi üçün nəzərdə tutulan pulsuz və qeyri-kommersiya proqram təminatlarının yayılması qadağan olunmur);

  • saytdan və ya onun funksiyalarından düzgün olmayan şəkildə istifadə etmək, məsələn, saytın işinə müdaxilə etmək, yaxud da sayta və ya funksiyalarına nəzərdə tutulmayan şəkildə daxil olmaq;

  • daxilolmanın qarşısını alan və ya alacaq, işinə xələl gətirən və ya gətirəcək şəkildə saytdan istifadə etmək; qeyri-qanuni, fırıldaq və zərərli məqsədlə və ya bu kimi fəaliyyət növü ilə əlaqədar saydan istifadə etmək;

  • saytdan və ya onun şəkillərinin, elektron nəşrlərinin, ticarət nişanlarının, musiqisinin, fotoşəkillərinin, mətnlərinin və ya videolarının marketinq fəaliyyətinə aid məqsədlərdə istifadə etmək.

  •   Bu sayt Google xəritələrindən — nəzarət edə bilmədiyimiz xidmətdən istifadə edir. Bu saytda Google xəritələrindən istifadə edilməsi cari «Google Xəritə/Google Earth üçün Əlavə Xidmət Şərtləri» sənədinə uyğun həyata keçirilir. Bizi istifadə şərtlərinə edilən dəyişikliklər barədə məlumatlandırmırlar; Google xəritələrindən istifadə etməzdən əvvəl siz özünüzü həmin şərtlərlə tanış ola bilərsiniz. Şərtlərlə razı deyilsinizsə, Google xəritələrindən istifadə etməyin. Google xəritələri bu sayta istifadəçilər barədə məlumat ötürmür.

Tibbi bölmə

Bu saytın tibbi bölməsi (bundan sonra «Tibbi bölmə») yalnız informativ xarakter daşıyır; bölmədə heç bir tibbi konsultasiya verilmir, habelə peşəkar tibbi konsultasiyasını, diaqnostikasını və ya müalicəsini əvəz etmir. «Tibbi bölmə» heç bir konkret laborator analiz üsullarını, həkimləri, məhsulları, prosedurları, nöqteyi-nəzəri və ya «Tibbi bölmə»də gətirilə biləcək hər hansı digər məlumatı məsləhət kimi gətirmir və ya təlqin etmir.

Müalicə və ya hər hansı tibbi məsələ ilə bağlı həmişə həkimlə və ya tibb sahəsinin digər mütəxəssisləri ilə məsləhətləşməyiniz tövsiyə olunur.

 Çalışırıq ki, saytın «Tibbi bölmə»sində dəqiq və son məlumatlar yerləşdirilsin. Amma bölmədə yerləşdirilən məlumatlar «OLDUĞU KİMİ» verilir, bu məlumatlara birbaşa və dolayısı zəmanət verilmir. Sayt kommersiya və digər məqsədlər üçün də daxil olmaqla (amma bunlarla məhdudlaşmamaq şərtilə) «Tibbi bölmə»yə birbaşa və dolayısı zəmanət vermir. Sayt «Tibbi bölmə»dəki hər hansı məlumatın dəqiqliyinə, müasirliyinə, faydalılığına və tamlığına dair heç bir zəmanət vermir. «Tibbi bölmə»dəki materiallarda buraxılmış səhvlərə görə sayt heç bir məsuliyyət daşımır və üzərinə heç bir öhdəlik götürmür. «Tibbi bölmə»dəki materiallara güvənib istifadə etməyinizdən doğan bütün mümkün risklərə görə məsuliyyət sizin üzərinizə düşür. Belə iddiaların zəmanətə, müqaviləyə, deliktə və ya hər hansı digər hüquqi nəzəriyyəyə əsaslanmasından və dəyə biləcək mümkün ziyandan xəbərdarlıq verilib-verilməməsindən asılı olmayaraq, «Tibbi bölmə»də yerləşdirilən informasiyanın istifadəsi və ya istifadəsi mümkün olmaması nəticəsində vurulan zərərə və qaldırılan iddiaya görə (təsadüfi və ya dolayısı vurulan zərər, sağlamlığa vurulan ziyan, qanuna zidd əmələ səbəb olan ölüm hadisəsi, itirilən gəlir, eləcə də məlumatların itirilməsi və fəaliyyətin dayandırılması ilə bağlı vurulan zərər də daxil olmaqla, amma bunlarla məhdudlaşmamaq şərtilə) sayt heç bir halda heç bir məsuliyyət daşımır.

Zəmanətdən imtina və məsuliyyətin məhdudlaşdırılması

Bu sayt, onda yerləşdirilən bütün məlumatlar, materiallar və xidmətlər Gözətçi Qülləsi Cəmiyiyəti tərəfindən «olduğu kimi» təqdim olunur. Gözətçi Qülləsi Cəmiyyəti birbaşa və dolayısı yolla heç nəyə heç bir zəmanət vermir.

 Gözətçi Qülləsi Cəmiyyəti saytda virusların və ya digər zərərli komponentlərin olmamasına zəmanət vermir. Saytın təqdim etdiyi bu və ya digər xidmətin, informasiyanın, materialların və digər növ məlumatların istifadəsi səbəbindən, istər birbaşa, dolayısı, təsadüfi dəymiş ziyan, eləcə də cərimə və gəlirin itirilməsi də daxil olmaqla, dəymiş ziyana görə sayt heç bir məsuliyyət daşımır.

«İstifadə şərtləri»nin pozulması

 Hazırkı «İstifadə şərtləri»nin tərəfinizdən hər hansı şəkildə pozulması (hətta bu, Gözətçi Qülləsi Cəmiyyətinin «İstifadə şərtləri» ilə müəyyən edilmiş digər hüquqlarını pozmasa da) Gözətçi Qülləsi Cəmiyyətinin sizə qarşı lazımi hesab etdiyi tədbirlərə əl atması ilə nəticələnə bilər; buna sayta girişinizin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi, IP-ünvanınızı istifadə edən kompüterlərin sayta girişinin qadağan edilməsi, İnternet provayderinizə müraciət edərək sayta girişinizin bağlanması və/və ya sizə qarşı hüquqi tədbirlərin görülməsi daxildir.

Əlavə və dəyişikliklərin edilməsi

 Gözətçi Qülləsi Cəmiyyəti istənilən vaxt bu «İstifadə şərtləri»nə dəyişiklik edə bilər. Əlavə və dəyişiklik edilmiş «İstifadə şərtləri» bu saytda dərc edilən vaxtdan qüvvəyə minmiş hesab olunur. Müntəzəm olaraq bu səhifəyə daxil olub son «İstifadə şərtləri» ilə tanış olmağınız tövsiyə olunur.

Əsaslandığı qanun və yurisdiksiya

 «İstifadə şərtləri», kolliziya (qanunların toqquşma) hüququ nəzərə alınmadan, Nyu-York (ABŞ) ştatının qanunları ilə tənzimlənir. Bu «İstifadə şərtləri» ilə bağlı hər hansı iddia Nyu-York (ABŞ) ştatının yurisdiksiyasına aid məhkəmədə (ştat və ya federal məhkəmədə) qaldırıla bilər.

Müddəaların bölünməsi

 Əgər səlahiyyətli məhkəmə bu «İstifadə şərtləri»nin hər hansı müddəasını əhəmiyyətsiz, etibarsız, hüquqi qüvvəyə malik olmayan və ya qanunsuz olduğu qərarını çıxartsa, onun digər müddəaları qüvvədə qalmış hesab olunur. Gözətçi Qülləsi Cəmiyyəti tərəfindən bu «İstifadə şərtləri»nin hansısa müddəasının icrasının təmin edilməməsi həmin müddəanın rədd edilməsi, yaxud həmin müddəanın riayət edilməsinin tələbindən imtinası kimi dəyərləndirilə və izah edilə bilməz.

Yekun müddəa

Bu «İstifadə şərtləri» ilə sizinlə Gözətçi Qülləsi Cəmiyyəti arasında saytdan istifadənizi dair tam şərtləri müəyyən edir və özü ilə bütün əvvəlki şərtləri əvəz edir.