Kontentə keç

Mündəricatı göstər

ÜZ QABIĞINDA | HƏYAT SİZİN ƏLİNİZDƏDİR, YOXSA SİZ HƏYATIN?

Həyatınız öz əlinizdədir!

Həyatınız öz əlinizdədir!

BU GÜN heç kimin şəraiti mükəmməl deyil. Çox vaxt vəziyyətin üzərində nəzarəti yenidən ələ almaq üçün insan həmin vəziyyətlə barışmalı və öz imkanları daxilində hərəkət etməlidir. Ağır şəraitdə belə həyatınızı, bir az da olsa, öz əlinizə ala bilsəniz, bu, artıq yaxşı göstəricidir. Əgər şəraitiniz get-gedə düzəlirsə, bu daha yaxşıdır. Amma ən yaxşısı hələ qabaqdadır.

Müqəddəs Kitab bütün insanların öz həyatlarını sevinclə idarə edəcəkləri bir dövrün olacağını vəd edir. İnsanlar bütün bacarıqlarını istifadə edə biləcəkləri, pis şəraitin, gündəlik qayğıların, eləcə də mənfi hisslərin olmayacağı bir həyatı görəcəklər (Əşiya 65:21, 22). Müqəddəs Kitabda bu həyat əsil həyat adlanır (1 Timutiyə 6:19).

«Onlar evlər tikib içində yaşayacaq, üzüm bağları salıb barını yeyəcək. Tikdikləri evdə özgələr yaşamayacaq, əkdiklərinin barını özgələr yeməyəcək. Xalqımın ömrü ağac ömrütək uzun olacaq, seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq» (Əşiya 65:21, 22).