Fiziki sağlamlıq
Müqəddəs Kitab tibbi dərslik deyil. Amma bu kitab sağlam həyat tərzi sürməyə kömək edə bilər. Gəlin səhhətin yaxşılaşmasına kömək edən bəzi məsləhətlərə nəzər salaq.
CANINIZA YAXŞI BAXIN
MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir» (Efeslilərə 5:29).
MƏĞZİ: Bu məsləhət insanı təşviq edir ki, bacardığı qədər sağlamlığının qeydinə qalsın. Bir araşdırma zamanı məlum olmuşdur ki, sağlamlıqla bağlı bir çox problemlər insanın həyat tərzi ilə əlaqəlidir. Beləliklə, düzgün həyat tərzi səhhətin yaxşılaşmasına kömək edə bilər.
TƏTBİQİ:
-
Qidalanma. Faydalı qidalarla qidalanın, kifayət qədər su için.
-
Fiziki aktivlik. Fiziki aktivlik yaşdan asılı olmayaraq, səhhəti yaxşılaşdıra bilər. Bu hətta əlillər və xroniki xəstəlikdən əziyyət çəkən insanlar üçün də faydalıdır. Doğmalarınız, həkimlər sizə idmanla bağlı məsləhətlər verə bilər, amma bunun faydasını görmək üçün siz özünüz hərəkət etməlisiniz!
-
Kifayət qədər yatın. İnsan uzun müddət lazımınca yatmazsa, bu, ciddi xəstəliklərə səbəb ola bilər. Bəzi insanlar sürdükləri həyat tərzi ucbatından kifayət qədər yatmırlar. Lakin yetərincə yatmaq səhhəti yaxşılaşdırır.
ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN UZAQ DURUN
MÜQƏDDƏS KİTAB MƏSLƏHƏTİ: «Ruhu murdarlayan hər şeydən özümüzü təmizləyək» (2 Korinflilərə 7:1).
MƏĞZİ: Orqanizmi zəhərləyən tütün məhsullarından və digər zərərli maddələrdən uzaq dursaq, səhhətimiz yaxşılaşacaq. Əslində, bu maddələr bir
sıra xəstəliklərin və ölümün əsas səbəblərindən biridir.TƏTBİQİ: Bu vərdişləri tərgitmək üçün gün seçin və təqvimdə qeyd edin. Ondan əvvəlki gün siqareti, külqabını, alışqanı və siqaretlə bağlı bütün əşyaları atın. Siqaret çəkilən yerlərdən uzaq durun. Qərarınızı dostlarınıza və ailə üzlərinizə bildirin ki, sizə kömək etsinlər.
DİGƏR MƏSLƏHƏTLƏR
TƏHLÜKƏSİZLİYƏ FİKİR VERİN
«Ev tikəndə damına məhəccər çəkin ki, kimsə damdan yıxılmasın və qanı sizin boynunuzda qalmasın» (QANUNUN TƏKRARI 22:8).
QƏZƏBİNİZİ CİLOVLAYIN
«Özündən tez çıxmayan bəsirət sahibidir, hövsələsiz isə səfehliyini nümayiş etdirər» (MƏSƏLLƏR 14:29).
HƏDDİNDƏN ARTIQ YEMƏYİN
«Ət hərislərinə qoşulma» (MƏSƏLLƏR 23:20).