Kontentə keç

Mündəricatı göstər

Hörmətcil danışıq nikahınızı möhkəm saxlayan «suvaq» kimidir.

ƏR-ARVADLAR ÜÇÜN

3. Hörmət

3. Hörmət

MƏNASI

Hörmətcil ər-arvadlar anlaşılmazlıq yarananda belə bir-birinin qayğısına qalır. Bir kitabda deyilir: «Belə ər-arvadlar öz mövqelərinin üstündə israrla durmur. Əksinə, onlar razılığa gəlmədikləri məsələləri birlikdə müzakirə edir. Bir-birinin nöqteyi-nəzərinə hörmətlə yanaşır və hər iki tərəfi razı salacaq bir qənaətə gəlir» («Ten Lessons to Transform Your Marriage»).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Məhəbbət... öz xeyrini güdmür» (1 Korinflilərə 13:4, 5).

«Mənim üçün həyat yoldaşıma hörmət etmək — onun qədrini bilmək, ona və ya nikahımıza zərər verəcək heç bir şey etməməkdir» (Mayk).

ZƏRURƏTİ

Hörmət olmasa, ərlə arvad bir-birilə danışığında tənqidə, kinayəyə və hətta təhqirə yol verə bilər. Tədqiqatçılar deyir ki, bu, boşanmaya gətirib çıxaracaq ilkin əlamətlərdir.

«Həyat yoldaşına irad tutmaq, kinayəli sözlər demək və ya haqqında zarafatlar etmək onun özünəinam hissini zəiflədəcək, etibarını sarsıdacaq, beləcə, nikahınız zərər görəcək» (Brayn).

TƏTBİQİ

ÖZÜNÜZÜ YOXLAYIN

Söz və hərəkətlərinizə həftə ərzində diqqət yetirin. Sonra özünüzdən soruşun:

  • «Həyat yoldaşımı neçə dəfə tənqid etmişəm, bəs neçə dəfə kompliment demişəm?»

  • «Həyat yoldaşıma hansı yollarla hörmət göstərmişəm?»

HƏYAT YOLDAŞINIZLA MÜZAKİRƏ EDİN

  • Hansı söz və hərəkətlərdən bir-birinizə hörmət qoyduğunuz görünür?

  • Hansı söz və hərəkətlərdən bir-birinizə hörmət qoymadığınız görünür?

MƏSLƏHƏTLƏR

  • Hər biriniz həyat yoldaşınızın sizə hörmət qoymasını istədiyiniz üç sahəni yazın. Sonra qeydlərinizi bir-birinizə verin. Yoldaşınızın qeyd etdiyi sahələrdə ona hörmət etməyə çalışın.

  • Həyat yoldaşınızda bəyəndiyiniz xüsusiyyətləri yazın. Sonra onun bu xüsusiyyətlərini nə qədər qiymətləndirdiyinizi dilə gətirin.

«Mənim üçün həyat yoldaşıma hörmət etmək — ona dəyər verdiyimi, xoşbəxt olmasını istədiyimi əməllərimdə göstərməkdir. Bunun üçün həmişə böyük jestlərə ehtiyac yoxdur; bəzən əsl hörməti kiçik jestlərlə də göstərmək olar» (Meqan).

Xülasə, siz yoldaşınıza hörmət qoyduğunuzu düşünə bilərsiniz, amma əsas məsələ odur ki, o, bunu hiss edir, ya yox.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Şəfqəti, həmçinin xeyirxahlığı, təvazökarlığı, mülayimliyi və səbri geyinin» (Koloslulara 3:12).