Əşiya 44:1—28
44 Ey qulum Yaqub,Ey seçdiyim İsrail, indi Məni dinlə.+
2 Sənin Yaradanın, sənə şəkil verən,+Ta bətndən sənə kömək edən Yehova belə deyir:
“Qorxma, qulum Yaqub,+Qorxma, seçdiyim Yeşurun*+.
3 Mən susuz torpağı sulayacağam,+Quraq torpaqda çaylar axıdacağam.
Övladlarının üzərinə ruhumu tökəcəyəm,+Törəmələrinin üzərinə bərəkətimi yağdıracağam.
4 Onlar yaşıl otlar kimi,Çay kənarındakı qovaqlar kimi boy atacaqlar.+
5 Biri deyəcək: “Mən Yehovaya məxsusam”.+
O biri özünə Yaqubun adını verəcək,Bir başqası əlinə “Yehovaya məxsusdur” yazacaq,Digəri İsrailin adını götürəcək”.
6 İsrailin padşahı+ və qurtarıcısı+ Yehova,Ordular Allahı Yehova belə deyir:
“Birinci Mənəm, axırıncı da Mənəm.+
Məndən başqa Allah yoxdur.+
7 Mənim kimisi varmı?+
Onda qoy səsini çıxartsın, danışsın, sübut etsin!+
Qədim xalqa quruluş verəndən bəri etdiyim kimi,Qarşıdan gələn,Gələcəkdə olacaq şeyləri xəbər versin.
8 Vahimələnmə,Dəhşət səni basmasın.+
Məgər hər birinizə qabaqcadan deməmişəm, məgər bildirməmişəm?
Siz Mənim şahidlərimsiniz.+
Məndən başqa Allah varmı?
Xeyr! Başqa qaya+ yoxdur, başqasını tanımıram”».
9 Büt düzəldənlərin hamısı puçdur,Əziz tutduqları şeylər faydasız olacaq.+
Şahidləri kimi, onlar* da heç nə görmür, heç nə bilmirlər.+
Onları düzəldənlər xar olacaqlar.+
10 Puç allah surəti düzəldən,+ dəmirdən büt tökən kimdirsə,
11 Onun yoldaşları xar olacaq!+
Sənətkar adi insandır.
Qoy hamısı yığışıb yerini tutsun.
Hamısı dəhşətə gəlib biabır olacaq.
12 Dəmirçi dəmiri alətlə közün üstündə qızdırır,Onu çəkiclə döyüb şəkil verir,Güclü qolu ilə onun üstündə işləyir.+
Sonra acır, gücü tükənir,Su içmir, taqətdən düşür.
13 Dülgər ölçü ipini açır, qırmızı təbaşirlə nişan qoyur.
Sonra iskənə ilə ağacın üzərində işləyir, pərgarla cızır.
Evə qoymaq üçünOna insan surəti verir,+Gözəl insan təsviri yaradır.+
14 Kimisinin sənəti sidr kəsməkdir.
O, bir ağac, palıd ağacı seçir,Gözləyir ki, meşədəki ağaclarla birgə böyüsün.+
O, dəfnə ağacı əkir, yağış onu böyüdür.
15 Sonra bu ağac yanacaq olur.
İnsan yarısını isinmək üçün işlədir,Ocaq qalayıb çörək bişirir.
Yarısından isə allah düzəldib sitayiş edir,Büt düzəldib qarşısında səcdə qılır.+
16 Yarısından ocaq qalayır,Üstündə ət qızardıb yeyir, qarnı doyur.
Həmçinin canını isindirib deyir:
«Oxay! Oda baxıb isindim».
17 Yarısından isə allah düzəldir, büt düzəldir,Önündə səcdə qılıb ibadət edir.
Ona dua edib deyir:
«Məni xilas et, axı sən mənim allahımsan».+
18 Onlar heç nə bilmir, heç nə başa düşmürlər,+Çünki gözləri bağlıdır, görmürlər,Ürəkləri dərk etmir.
19 Biri də ürəyində düşünmür,Biliyi, dərrakəsi yoxdur ki, desin:
«Yarısından ocaq qaladım,Közündə çörək bişirdim, ət qızartdım.
İndi durub yarısından mənfur şey düzəldim?+
Durub odun parçasına səcdə qılım?»
20 Onun qidası küldür.
Hiyləgər ürəyi onu azdırıb.
Canını qurtara bilmir, demir ki,Axı sağ əlimdə yalan tutmuşam.
21 «Ey Yaqub, ey İsrail, bunları yadda saxla,Çünki sən Mənim qulumsan.
Səni Mən yaratmışam, sən Mənim qulumsan.+
Ey İsrail, Mən səni unutmaram.+
22 Asiliklərini buludla,Günahlarını qatı buludla örtərəm.+
Mənə sarı dön, Səni qurtararam.+
23 Ey göylər, sevinc harayı ucaldın,Yehova hərəkətə keçdi!
Ey yerin dərinlikləri, zəfər sədaları ucaldın!
Ey dağlar, ey meşə,Ey meşədəki bütün ağaclar, şadlıq sədaları ucaldın!+
Yehova Yaqubu qurtardı,İsrailin üzərində öz calalını göstərdi».+
24 Yehova, sənin Qurtarıcın,+Bətndə sənə şəkil verən belə deyir:
«Mən Yehovayam, hər şeyi Mən yaratmışam.
Göyləri Mən yaymışam,+Yeri Mən sərib açmışam.+
Məgər yanımda kimsə var idi?
25 Boşboğazların* əlamətlərini puça çıxaran Mənəm,Falçıları axmaq hala salan Mənəm.+
Müdrikləri pərt edən,Elmlərini cəfəngiyata döndərən Mənəm!+
26 Qulumun sözünü gerçəkləşdirən Mənəm.
Elçilərimin peyğəmbərliyini çin edən Mənəm.+
Yerusəlim haqqında “ora məskunlaşacaq”,+Yəhuda şəhərləri haqqında “ora yenidən tikiləcək,+Xarabalıqlarını bərpa edəcəyəm” deyən Mənəm,+
27 Dərin sulara “buxarlan,Bütün çaylarını qurudacağam” deyən Mənəm.+
28 Kuruş*+ haqqında “o, Mənim çobanımdır,O, Mənim iradəmi büsbütün icra edəcək”,+Yerusəlim haqqında o, yenidən tikiləcək”,Məbəd haqqında “təməlin qoyulacaq” deyən Mənəm».+
Haşiyələr
^ Mənası: dürüst. İsrailə verilən şərəfli ad.
^ Bütlər.
^ Yaxud saxta peyğəmbərlərin.
^ Kir.