Ərəmya 5:1—31

  • Xalq məzəmməti rədd edir (1—13)

  • Xalq tamam məhv edilməyəcək (14—19)

  • Yehova xalqla haqq-hesab çəkir (20—31)

5  Yerusəlim küçələrini dolaşın,Yan-yörəyə baxın, fikir verin,Meydanları gəzin, görün,Bir nəfər haqq iş görən,+Sədaqətə can atan varmı? Varsa, şəhəri əfv edərəm.   Onlar «Yehovaya and olsun!» desələr də,Yenə yalandan and içirlər.+   Ey Yehova, Sənin gözlərin sədaqət arayır.+ Sən onları cəzalandırdın, amma kar eləmədi,Onları darmadağın etdin, ibrət almadılar,+Üzlərini qayadan da sərt etdilər,+Yollarından dönmədilər.+   Fikirləşdim: «Bunlar avamdırlar,Ağılsızlıq edirlər, Yehovanın yollarını tanımırlar,Allahlarının hökmlərini bilmirlər.   Gedim böyüklərin yanına, onlarla danışım,Onlar Yehovanın yollarını,Allahlarının hökmlərini mütləq biləcəklər.+ Ancaq onlar da boyunduruğu sındırıb,Bağlarını qoparıblar».   Buna görə meşədən çıxan aslan onlara hücum çəkir,Çöllükdə gəzən qurd onları çapıb-talayır,Bəbir şəhərlərdə pusquya yatır,Şəhərlərdən çıxanları didib-parçalayır. Çünki onların təqsiri çox,Xəyanəti hədsizdir.+   Bunu sənə necə bağışlayım? Oğulların Məni atıb,Allah olmayan bütlərə and içirlər.+ Mən onları korluq çəkməyə qoymadım,Onlar isə zinadan əl çəkmədilər,Fahişələrin evinə axışdılar.   At kimi, azğınlaşıblar, qızıblar,Hər biri qonşusunun arvadına kişnəyir.+   «İndi Mən onlarla haqq-hesab çəkməyim, neyləyim? Belə bir xalqdan intiqamımı almayımmı?» — bəyan edir Yehova.+ 10  «Gedin, onun üzüm bağını dağıdın,Amma büsbütün dağıtmayın,+Tənəklərini yolun,Onlar Yehovanın deyil. 11  Çünki İsrail evi, Yəhuda eviMənə qarşı böyük xəyanət edib», — bəyan edir Yehova.+ 12  «Onlar Yehovanı danırlar, deyirlər: “Bizə heç nə etməyəcək*,+Üstümüzə bəla gəlməyəcək,Qılınc, aclıq görməyəcəyik”.+ 13  Peyğəmbərlər boş sözlər danışırlar,Onlarda Allahın sözü yoxdur,Sözləri kimi özləri də puç olacaqlar». 14  Bu səbəbdən ordular Allahı Yehova deyir: «Belə danışdıqları üçünSözlərimi dilində od edəcəyəm.+ Xalq odundur. Bu od onu yandırıb kül edəcək».+ 15  Yehova bəyan edir: «Ey İsrail evi,Üstünüzə uzaq diyardan bir xalq gətirirəm,+Dilini bilmədiyin,Sözlərini anlamadığınQədim, ulu xalq.+ 16  Oxdanları açıq qəbir kimidir,Hamısı igid döyüşçüdür. 17  Onlar sənin məhsulunu, çörəyini yeyəcək,+Oğullarını, qızlarını yeyəcək,Sürülərini, naxırlarını yeyəcək,Meynələrini, əncirlərini yeyəcək. Arxalandığın qala-şəhərlərini yerlə yeksan edəcək». 18  «Amma o gün də sizi büsbütün məhv etməyəcəyəm, — bəyan edir Yehova.+ — 19  Onlar soruşsa ki, “nə üçün Allahımız Yehova bizim başımıza bunları gətirdi”, onlara deyərsən: “Necə ki Məndən üz döndərib öz ölkənizdə yad allaha qulluq etdiniz, indi də özgə ölkədə yadlara qulluq edəcəksiniz”».+ 20  Yaqub evində bəyan edin,Yəhudada car çəkin: 21  «Eşit, ey ağılsız, axmaq xalq:+ Gözünüz ola-ola görmürsünüz,+Qulağınız ola-ola eşitmirsiniz.+ 22  Yehova bəyan edir: “Siz Məndən qorxmursunuz? Mənim hüzurumda titrəmirsiniz? Mənəm dənizə qumdan sərhəd çəkən,Keçilməz, əbədi nizam qoyan. Dalğalar şahə qalxsa da, zəfər çala bilməz,Uğuldasa da, bu səddi aşa bilməz.+ 23  Ancaq bu xalqın ürəyi inadkar və asidir,Onlar Mənim yolumdan çıxıb öz yolları ilə getdilər.+ 24  Heç kim demir: “Gəlin mövsümündə yağış yağdıran,Payız yağışı, yaz yağışı göndərən,Təyin etdiyi biçin həftələrini bizim üçün qoruyanAllahımız Yehovadan qorxaq”.+ 25  Təqsirləriniz bunlara əngəl oldu,Günahlarınız sizi nemətlərdən məhrum etdi.+ 26  Xalqımın arasında zalımlar var. Onlar quş ovçusu kimi, çömbəlib pusquda gözləyirlər,Ölüm tələsi qururlar. Şikarları insandır. 27  Quşla dolu qəfəs kimi,Evləri fitnə-fəsadla doludur.+ Bu yolla gücləniblər, varlanıblar. 28  Piyləniblər, dəriləri şümal olub. Şər əməlləri başdan aşır,Öz mənfəətlərinə görəYetimin işinə ədalətlə baxmırlar,+Yoxsulun haqqını tapdalayırlar”».+ 29  «İndi Mən onlarla haqq-hesab çəkməyim, neyləyim? Belə bir xalqdan intiqamımı almayımmı? — bəyan edir Yehova. 30  Ölkədə dəhşətli, qorxunc şey baş verir: 31  Peyğəmbərlər yalandan peyğəmbərlik edir,+Kahinlər xalqın üzərində istədikləri kimi ağalıq edir,Xalqıma isə bu xoşdur.+ Görək son gələndə siz nə edəcəksiniz?»

Haşiyələr

Digər variant: O, yoxdur.