Zəbur 2:1—12
2 Niyə xalqlar vurnuxur,Ümmətlər boş-boş fitnə qurur?+
2 Dünyanın padşahları qalxır,Rəhbərləri bir nəfər kimiYehovaya və Onun məsh etdiyinə*+ qarşı birləşir.+
3 «Onların buxovlarını qoparaq,İplərini üzərimizdən sıyırıb ataq», — deyirlər.
4 Taxtı göylərdə olan güləcək,Yehova onlara istehza edəcək.
5 O zaman onlarla qəzəblə danışacaq,Hiddəti onları lərzəyə salacaq,
6 «Mən padşahımı müqəddəs dağımda,Sionda+ əyləşdirmişəm!»+ — deyəcək.
7 Yehovanın fərmanını bəyan edirəm;O, mənə dedi: «Sən Mənim oğlumsan,+Bu gün Mən sənə ata oldum,+
8 İstə Məndən, xalqları miras kimi verim sənə,Yer üzü başdan-başa sənin mülkün olsun.+
9 Onları dəmir dəyənəklə+ qıracaqsan,Saxsı qab kimi çilik-çilik edəcəksən».+
10 İndi, ey padşahlar, düşünün,Ey yer üzünün hakimləri, ağlınızı başınıza yığın,
11 Yehovadan qorxun və Ona xidmət edin,Onun önündə titrəyərək sevinin.
12 Oğula ehtiram göstərin* ki,+ Allah qəzəblənməsin,Siz də getdiyiniz yolda məhv olmayasınız,+Çünki Onun qəzəbi qəfil alışar.
Nə xoşbəxtdir Ona pənah gətirənlər!