Yaqub 5:1—20
5 Ey varlılar, başınıza gələcək bəlalardan ötrü ağlayıb fəğan edin.+
2 Var-dövlətiniz çürüyüb, pal-paltarınızı güvə yeyib.+
3 Qızılınız, gümüşünüz pas atıb; bu pas sizin əleyhinizə şahidlik edəcək və ətinizi yeyəcək. Yığdığınız axırzamanda alovtək olacaq.+
4 Baxın, tarlalarınızı biçənlərə vermədiyiniz zəhmət haqqı fəryad edir, biçinçilərin imdad harayı göydəki ordular Allahı Yehovanın qulağına çatıb.+
5 Siz dünyada təmtəraqla yaşayıb kef çəkmisiniz. Siz ürəyinizi qətl günü üçün bəsləyib kökəltmisiniz.+
6 Siz salehi məhkum edib öldürdünüz. Bilin, o, sizə qarşıdır!
7 Beləliklə, qardaşlar, Ağamızın hüzuru* vaxtına qədər səbirli olun.+ Əkinçi ilk və son yağışları alanacan torpaqdan götürəcəyi qiymətli məhsulu səbirlə gözləyir.+
8 Siz də səbirli olun.+ Qoy ürəyiniz mətin olsun, axı Ağamızın hüzuru yaxındır.+
9 Qardaşlar, bir-birinizdən gileylənməyin, yoxsa məhkum olarsınız.+ Budur, Hakim qapıda durub.
10 Qardaşlar, pisliyə qatlaşmaqda+ və səbirli olmaqda+ Yehovanın adından danışmış peyğəmbərlərdən nümunə götürün.+
11 Budur, biz axıradək dözənləri xoşbəxt sayırıq.+ Siz Əyyubun dözümü haqqında eşitmisiniz+ və Yehovadan gələn nəticəni görmüsünüz.+ Yehova çox mehriban* və mərhəmətlidir.+
12 Qardaşlar, ilk növbədə and içməyi tərgidin. Nə göyə, nə yerə, nə də başqa bir şeyə and içməyin. Qoy «bəli»niz bəli, «xeyr» sözünüz xeyr olsun+ ki, məhkum edilməyəsiniz.
13 Aranızda kimsə çətinliklərlə üzləşirmi? Qoy durmadan dua etsin.+ Kefi kökdürmü? Qoy tərənnüm nəğmələri oxusun.+
14 Aranızda naxoş olan varmı? Qoy yığıncağın ağsaqqallarını çağırsın.+ Onlar Yehovanın adı ilə onun başına yağ sürtüb onun üçün dua edərlər.+
15 İmanla edilən dua naxoş* olanı sağaldacaq və Yehova onu ayağa qaldıracaq. Əgər günah işləyibsə, təqsiri bağışlanacaq.
16 Buna görə də bir-birinizin qarşısında günahlarınızı etiraf edin+ və sağalmaq üçün bir-birinizdən ötrü dua edin. Salehin hərarətli duasının böyük təsiri var.+
17 İlyas da bizim kimi adi* bir insan idi. Ancaq o, duada xahiş etdi ki, yağış yağmasın və həmin ərazidə üç il altı ay yağış yağmadı.+
18 Sonra yenə dua etdi və göydən yağış yağdı, torpaq bar verdi.+
19 Qardaşlarım, sizlərdən kimsə həqiqət yolunu azarsa və digəri onu geri qaytararsa,
20 bilin ki, günahkarı səhv yoldan qaytaran+ onu ölümdən qurtarmış olur və çox günahları örtür.+