Kontentə keç

Mündəricatı göstər

Nə qorxudar ki, məni?

Nə qorxudar ki, məni?

Yüklə:

  1. 1. Duayla yeni bir günə başladım.

    Danışmayacam, susacam demişdim.

    Könlümdə bir atəş oldu sözləri,

    Necə susum mən axı indi?!

    NƏQƏRAT

    Sanki əsən mehtək sülh qəlbimə rahatlıq verir.

    Nə qorxudar ki, məni? Rəbbim yanımda.

    Nə qorxudar ki, məni? Rəbbim yanımda.

  2. 2. Kaş ki, yenidən görəydim mən onu,

    Həmin fikirli, dərdli insanı.

    Eşitsə gerçəyi, bilsə həqiqəti,

    Əminəm ki, o da duyar sevinci.

    NƏQƏRAT

    Sanki əsən mehtək sülh qəlbimə rahatlıq verir.

    Nə qorxudar ki, məni? Rəbbim yanımda.

    Nə qorxudar ki, məni? Rəbbim yanımda.

    KEÇİD

    Kim məni sala bilər dəhşətə,

    Yehova nurum, O, nicatım.

    Daima mən edərəm bəyan,

    Əziz Atamın pak adın qorxmadan.

    Əsil iman göstərir qardaşlar,

    Olmazlar təslim əsla onlar.

    Deyil əbəs, alacağıq miras,

    Çox az qalıb, yaxındır xilas.

  3. 3. Düşəndə axşam, şər qarışanda,

    Şükr eyləyirəm Ona duada.

    Sabahkı gün nələr gətirəcək?

    Arxayındır qəlbim, Odur dəstək.

    NƏQƏRAT

    Sanki əsən mehtək sülh qəlbimə rahatlıq verir.

    Nə qorxudar ki, məni? Rəbbim yanımda.

    Nə qorxudar ki, məni? Rəbbim yanımda.