Kontentə keç

Mündəricatı göstər

Sean Gladwell/Moment via Getty Images

OYAQ QALIN!

Qlobal hərbi xərclər rekord həddə çatıb. Müqəddəs Kitabda bu barədə nə deyilir?

Qlobal hərbi xərclər rekord həddə çatıb. Müqəddəs Kitabda bu barədə nə deyilir?

 2022-ci ildə dünyada hərbi xərclər rekord həddə çataraq 2,24 trilyon ABŞ dolları təşkil edib. Bu, əsasən, Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı olub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ilin aprelində yaydığı hesabata əsasən 2022-ci il ərzində ən yüksək göstərici bu ölkələrdə olub:

  •    Avropada hərbi xərclərin «il ərzində artımı 13 faiz təşkil edib. Bu isə Avropada soyuq müharibə dövründən (1991-ci ildən) bəri ən yüksək illik artımdır».

  •    «Rusiyada... hərbi xərclər 9,2 faiz artıb. Nəticədə, o, dünyada hərbi sahəyə ən çox vəsait xərcləyən ölkələr siyahısında beşinci sıradan üçüncü sıraya yüksəlib».

  •    Birləşmiş Ştatlar «qlobal hərbi xərclərin 39 faizini təşkil edərək» hərbi sahəyə vəsait ayıran ölkələrin siyahısında birinciliyi qoruyub saxlayıb.

 «Son illərdə qlobal hərbi xərclərin davamlı artması, getdikcə daha təhlükəli bir dünyada yaşadığımıza işarədir», — deyə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun nümayəndəsi Nan Tian deyib.

 Müqəddəs Kitab dünya dövlətləri arasında münaqişələrin bizim günlərdə getdikcə artacağını və əsl sülhə nail olmağın yeganə həll yolunu qabaqcadan açıqlayıb.

Hərbi münaqişələrin artacağı qabaqcadan deyilmişdi

  •    Müqəddəs Kitab yaşadığımız dövrü «axırzaman» adlandırır (Dənyal 8:19).

  •    «Dənyal» kitabında qabaqcadan deyilmişdi ki, həmin dövrdə dünya dövlətləri arasında münaqişələr olacaq. Dünya dövlətləri liderliyi ələ keçirmək üçün bir-birləri ilə «çəkişəcək»lər (Dənyal 11:40, 42, 43).

 Müqəddəs Kitabdakı bu maraqlı peyğəmbərlik barədə ətraflı məlumat almaq üçün «Yerinə yetmiş peyğəmbərlik. Dənyal 11-ci fəsil» adlı videoya baxın.

Əsl sülh bərqərar olacaq

  •    Müqəddəs Kitabda deyilir ki, Allah insan hökumətlərini başqa bir hökumətlə əvəz edəcək. O, «heç vaxt dağılmayacaq bir padşahlıq quracaq. Bu padşahlıq başqa xalqa keçməyəcək. O, bütün bu padşahlıqları əzib yox edəcək, Özü isə əbədi duracaq» (Dənyal 2:44).

  •    Yehova a Allah tezliklə insanların edə bilmədiyi bir şeyi edəcək: bütün dünyaya əsl və əbədi sülh gətirəcək. Necə? Göydə qurduğu Padşahlıq vasitəsilə O, bütün silahları məhv edəcək və dünyadakı zorakılığa son qoyacaq (Zəbur 46:8, 9).

 Allahın Padşahlığının həyata keçirəcəyi işlər barədə ətraflı məlumat əldə etmək üçün «Allahın Padşahlığının hakimiyyəti altında hər yanda sülh olacaq» adlı məqaləni oxuyun.

a Yehova Allahın adıdır (Zəbur 83:18).