TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ??
Bığayaqlıların yapışqanı
Zooloqlar uzun müddətdir aşkar ediblər ki, bığayaqlılar qayalara, bəndlərə və gəmilərin gövdələrinə bərk yapışmaq qabiliyyətinə malikdir. Bığayaqlıların yapışqanı insan əli ilə düzəldilən hər hansı yapışqandan daha möhkəmdir. Onların nəmli səthlərə necə yapışdığı son zamanlaradək müəmmalı idi.
Düşünün: Tədqiqatçılar aşkar ediblər ki, sərbəst üzən bığayaqlılar sürfəsi hara yapışacağını seçməzdən əvvəl müxtəlif səthləri yoxlayır. Sürfə uyğun səth tapan kimi iki maddə ifraz edir. Birincisi yağlı mayedir, o, suyu seçilmiş səthin üzərindən ayırır. Bu maye həmçinin fosfoproteinlər adlı zülal hasil edən ikinci maddənin səthə yapışmasını təmin edir.
Bu iki maddə birlikdə bakteriyaların belə məhv edə bilmədiyi möhkəm yapışqan hasil edir. Yapışqanın möhkəm və uzun müddət davamlı olması çox vacibdir. Çünki bığayaqlılar həyatlarının qalan hissəsini bu səthin üzərində keçirir.
Bığayaqlıların yapışqan hasiletmə prosesi alimlərin əvvəllər düşündüyündən də mürəkkəbdir. Bu prosesi aşkar edən qrupun bir üzvü demişdi: «Bu, bir səthin üzərində su baryerinin öhdəsindən gəlmək üçün olduqca məharətli təbii həll yoludur». Bu kəşflər tədqiqatçılara su altında istifadə oluna bilən yapışqanları, eləcə də elektronika və tibbi köçürmədə istifadə olunan sintetik bioyapışqanları təkmilləşdirməyə kömək edə bilər.
Necə fikirləşirsiniz? Bığayaqlıların yapışqanı təkamül nəticəsidir, yoxsa yaradılış möcüzəsi?