Kontentə keç

Solda: Xəritədə dörd ay çəkən kampaniya ərzində təbliğ edilmiş ərazilər göstərilir. Soldan sağa: Vapişana, şavante və hunsrik dilində danışan bacı-qardaşlar təbliğ kampaniyası zamanı

8 AVQUST 2024
BRAZİLİYA

Braziliyada keçirilən təbliğ kampaniyası sayəsində həqiqət 11 dildə səsləndi

Braziliyada keçirilən təbliğ kampaniyası sayəsində həqiqət 11 dildə səsləndi

2024-cü il martın 1-dən iyunun 30-a kimi 1000 nəfərdən çox Yehovanın Şahidi bütün Braziliya ərazisində keçirilən təbliğ kampaniyasında iştirak etdi. Kampaniya ölkədə danışılan 11 dildə «Əbədi xoşbəxt həyat!» nəşrinin işıq üzü görməsi ilə eyni vaxta planlaşdırılmışdı. Nəticədə, təxminən 300 nəfər Müqəddəs Kitabı öyrənmək istədi.

Nova-Petropolis şəhərində iki bacı hunsrik dilində danışan bir kişi ilə söhbət edir

Kampinapolis şəhərində şavante dilində danışan bir qadın təbliğçilərə yaxınlaşıb soruşdu: «Mənim doğma dilimdə videolar çıxaran sizsiniz? Nə vaxtdandır sizi axtarıram. Axır ki, tapdım!» Qadın dedi ki, əvvəllər Yehovanın Şahidləri onunla Müqəddəs Kitab dərsi keçirdilər. Amma o, ölkənin rəsmi dili olan portuqal dilini başa düşmədiyi üçün dərsi dayandırdı. Öyrənəndə ki, nəşrlərimiz artıq şavante dilində də mövcuddur, qadın Yehovanın Şahidlərini axtarmağa başladı. O, Müqəddəs Kitab dərsinə davam etdi.

Santa-Mariya-de-Jetiba şəhərində bacımız pomor dilində danışan qadınla üç dəfə söhbət etmişdi. Üçüncü söhbət zamanı məlum oldu ki, qadın onların ilk görüşündən bir gün öncə Allaha dua edib xahiş etmişdi ki, Allah ona düzgün ibadət yolunu göstərsin. Qadın məmnuniyyətlə Müqəddəs Kitab dərsinə razı oldu.

Braziliyanın cənubunda yerləşən kiçik bir kənddə qardaşlarımız kaynqanq dilində danışan bir qadınla söhbət etdilər. Qadın Yehovanın Şahidləri ilə tanış deyildi. Qardaşlarımız ona Zəbur 83:18 ayəsini oxudular və Allahın adının Yehova olduğunu izah etdilər. Qadın təsirləndi və dedi ki, Allahın adını ilk dəfədir eşidir. O, Müqəddəs Kitab dərsinə razı oldu.

«Əbədi xoşbəxt həyat!» nəşri hunsrik, kaynqanq, kayva, makuşi, ninqantu, pomor, satere-mave, talyan, tıkuna, vapişana və şavante dillərində. Kampaniya bu nəşrin işıq üzü görməsi ilə eyni vaxta planlaşdırılmışdı

Biz də Braziliyadakı bacı-qardaşlarımızla birgə sevinirik ki, bu qədər insan Allahın Kəlamındakı «əbədi müjdə» haqda öyrənib Yehovaya şərəf gətirir (Vəhy 14:6, 7).